İdarəetməni itirdi, qoyun sürüsünə girdi..

10 Noyabr 2018 16:36

Səhər saatlarında Şamaxının Göylər kəndində avtomobil qəzası baş verib. Hadisə Şamaxı-Göylər-Padarçöl yolunda, Göylər kəndinin girişində qeydə alınıb. Kənd sakinləri Ziya Muradov və Süracəddin Qasımova məxsus qoyun sürüsü örüş sahəsinə aparılarkən Saatlı Rayon sakininin idarə etdiyi 99-NT-533 dövlət nömrə nişanlı VAZ 21 07 markalı minik avtomobili idarəetməni itirərək qəflətən qoyun sürüsünə girib. Hadisə zamanı 8 baş xırdabuynuzlu mal-qara tələf olub, 8-i isə yaralanıb. Kənd sakinlərinin dediyinə görə, ümumilikdə onlara 4000 manat ziyan dəyib. Faktla bağlı Şamaxı rayon polis şöbəsində araşdırma aparılır.