Şəkidə ev yandı...

10 Noyabr 2018 12:47

Şəkidə yanğın baş verib. Hadisə rayonun 20 yanvar küçəsində Abdulhəmidli Toğrula məxsus , ümumi sahəsi 60 m² olan birmərtəbəli evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində xəsarət alan olmayıb ancaq 20 m² sahədə ev əşyaları yanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.