İcra başçısı növbəti səyyar qəbulunu keçirib...

09 Noyabr 2018 16:22

Şəki şəhər icra hakimiyyəti başçısı növbəti səyyar qəbulunu keçirib. Elxan Usubov bu dəfə Cəfərabad kənd sakinləri ilə görüşüb. İcra başçısı regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq quruluculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Prezident İlham Əliyevin Şəkiyə səfəri və yeni istifadəyə verilən obyektlər barədə kənd sakinlərinə ətraflı məlumat verilib. Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri su, yol və telefon xəttlərində olan problemləri icra başçısının diqqətinə çatdırıblar. Qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumlara xəbərdarlıq edən icra başçısı müraciətlərin tezliklə həll edilməsini tapşırıb.