Bu gün ölkəmizdə bayraq günü qeyd edilir...

09 Noyabr 2018 16:09
"Bayraq mənliyimdir, bayraq kimliyim. Bayraq öz yurduma öz hakimliyimm!" Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bu gün qürürumuz, and yerimiz, minlərlə şəhidimizin qanını öz üzərində daşıyan, müstəqilliyimizin rəmzi 100 yaşlı bayrağımızın təsdiqləndiyi gündür. Bayraq günü ölkənin dörd bir yanında olduğu kimi şimal-qərb bölgəsində də tədbirlər və konsert proqramları ilə qeyd edilib.
İsmayıllı rayonunda Dövlət Bayrağı Günü və Konstitusiya günü təntənə ilə qeyd edilib. Rayon administrasiyası, hüquq mühafizə orqanlarının və idarə, müəssisə rəhbərlərininn qatıldığı tədbirdən öncə sərgiyə baxış keçirilib. Ardınca Dövlət himnnin səsləndiril məsilə tədbirə start verilib. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 100 il əvvəl xalqımızın başı üzərinə qaldırılan bayrağımızın bu gün daha əzəmətlə dalğalandığından, 1995-ci il noyabrın 12-də xalqımız tərəfindən referendum yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılmasında dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb. Digər çıxış edənlər üçrəngli bayrağımızın keçdiyi tarixi yol barədə danışıblar. Bayram tədbiri məktəblilərin və mədəniyyət işçilərinin konsert proqramı ilə davam edib .

__________________ Dövlət Bayrağı günü münasibətilə Şamaxıda keçirilən tədbirdə də Azərbaycanın əbədi rəmzi, tarixi qələbələrimizin şahidi olan üçrəngli bayrağımızın ilk dəfə ucaldıldığı tarixdən və hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışılıb. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağı ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Tədbirdə Şamaxı şəhər 1 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanan ədəbi – bədii kompozisiyalar nümayiş etdirilib. Sonda Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı məktəblilərin müşayiəti ilə səhnəyə gətirilib.

__________________ Şəkidə 9 noyabr Bayraq günü münasibətilə Şəki Şəhər rayon polis şöbəsinin əməkdaşları yenicə istifadəyə verilmiş Bayraq Muzeyini ziyarət ediblər. İlk öncə ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, ümummilli liderin xatirəsi anılıb. Daha sonra çıxış edənlər bayrağımızın keçdiyi tarixi yoldan danışıblar. Daha sonra Bayraq Muzeyi ilə tanışlıq olub. Qeyd olunub ki, burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeyin eksponatları içərisində Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə aid konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da var. Həmçinin muzeydə Şəki sənətkarlarının bayraqları da nümayiş olunur. Bu bayraqlar vaxtilə hər sənətkarın emalatxanasının qarşısından asılarmış.

__________________ Dövlət Bayrağı Günü münasibətilə Qaxda keçirilən tədbirdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Məktəblilərin və şəhər sakinlərinin iştirakı ilə avto və veloyürüş keçirilib. 500 velospedçinin qatıldığı yürüşdə iştiraklar Qax şəhərinin küçə və meydanlarında dövrə vurduqdan sonra yürüş Bayraq meydanı kompleksində yekunlaşıb.