“Vəsiyyət “ Zaqatalada nümayiş edildi...

08 Noyabr 2018 17:06

Azərbaycan Dövlət Akademik Milli Dram teatrı Zaqatalada qastrol səfərində olub. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng”pyesi əsasında səhnələşdirilən “Vəsiyyət “ komediyası Zaqatalalı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Firudun Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı dövlət mukafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Hər zaman həyatda baş verən acı həqiqətləri, milli dəyərlərimizə kölgə salacaq mənəviyyat dəllallarının əməllərini və var dövlət düşkünlərinin son aqibətini ön plana çəkən dramaturq “Vəsiyyət” vasitəsi ilə insanlar arasında var-dövlət hərisliyini ,mənəvi eybəcərliyi kəskin tənqid edib. Dövran adlı milyonerin öz yaxınlarına vəsiyyətindən bəhs olunan tamaşada gülüş doğuran hadisələrlə yanaşı, insanları düşündürən,onları düzlüyə,halallığa səsləyən məqamlar da yetərincədir. Yaşından asılı olmayaraq tamaşaya baxanlar üçün böyük tərbiyəvi əhəmiyyəti olan səhnə əsəri aktyor oyunu, rejissor düşüncəsi, musiqi və dekorasiya seçimi və bir sıra başqa üstünlükləri ilə maraq doğurub, alqışlarla qarşılanıb.