Konstitusiya məhkəməsinin nümayəndələri Şəkidə...

07 Noyabr 2018 17:40

Konstitusiya məhkəməsinin nümayəndələri Şəkidə səfərdə olublar. İlk olaraq ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri qoyan qonaqlar ümummilli liderin xatirəsini yad ediblər. Daha sonra isə Şəki şəhər İcra Hakimiyyətində icra başçısı ilə görüş keçirilib. Konstitusiya məhkəməsinin nümayəndələri bölgəyə səfərlərinin məqsədini açıqlayıblar. Bildirilib ki, səfərin səbəbi bölgələrdəki təhsil ocaqlarında olimpiyadaların keçirilməsi, şagirdlərin bilik səviyyəsinin artırılmasıdır. Azərbaycan digər bölgələrində də bu cür olimpiadaların təşkil edildiyini deyə qonaqlar sonda qaliblərin mükafatlandırıldığını vurğulayıblar. Öz növbəsində icra başçısı da Şəkinin təhsilin uğurları və bu sahədə görülən işlərlə bağlı danışıb. Görüşün sonunda tərəflər bir-birlərinə xatirə hədiyyələri verib.