Şəki məktəbində Bayraq günü qeyd olundu...

07 Noyabr 2018 17:25

Şəkidə ümumtəhsil məktəblərində Bayraq günü ilə bağlı silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Şəki şəhər 12 nömrəli tam orta məktəbdə baş tutub. Musiqili ədəbi-bədii gecədə məktəbin şagirdləri və müəllim kollektivi iştirak edib. Azərbaycan Respublikasının Dövlət bayrağının suverenliyin rəmzi olduğu vurğulanıb. Bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından danışılıb. Şagirdlərə Dövlət Bayrağının tarixi haqqında məlumat verilib, rənglərinin mənası izah olunub. Daha sonra şagirdlər, vətən, bayraq, müstəqillik haqqında şeirlər söyləyib, mahnılar ifa ediblər.