Meşələrin yenidən bərpası üçün hansı işlər görülür?

07 Noyabr 2018 17:09
Son vaxtlar respublikanın hər yerində olduğu kimi şimal-qərb bölgəsində də meşələrin yenidən bərpası istiqamətində işlər davam etdirilir. Xüsusilə də turizm əhəmiyyətli Oğuz və Qəbələ rayonlarında işlər sürətlə davam etdirilir.
Meşələrin bərpası məqsədilə meyvə ağaclarının, xüsusilə də qarzaqlı meyvələrin əkini davam etdirilir. Regional Meşə Təsərrüfatı Mərkəzi ümumilikdə 110 h ərazidə əkin planlaşdırır. Hazırda işlər Oğuz rayonun Xaçmaz kəndi ərazisindəki meşələrdə aparılır. Ərazidə 2 hektar sahədə tinglik əkin aparılıb ki, bunlar da əsasən şabalıd, qoz, alma və armud ağaclarının toxumlarıdır. Bununla yanaşı, rayonda fındıq tinglərinin əkilməsi işi də uğurla davam etdirilir. Bütün bunlarla yanaşı, Qəbələ və Oğuz meşələrində ümumilikdə 16 ədəd şlaqbaum quraşdırılıb ki, bu da meşələrə insanların icazəsiz girişinin qarşısını almaq məqsədini daşıyır. Həmçinin ağacların qanunsuz şəkildə qırılmasına və meşələrə nəzarət işinin gücləndirilməsinə xidmət edəcək.