Şəkidə şəhid Elnur İskəndərovun xatirəsi yad edilib...

06 Noyabr 2018 17:35

Aprel döyüşlərində qəhramancasına şəhid olan əsgərimizi məzarı başında məktəblilər yad edib. 8 nömrəli orta məktəbin şagirdləri qarşıdan gələn 9 noyabr bayraq bayramı münasibəti ilə şəhidimizi anma qərarı alıblar. Tədbirdə şəhidin anası və azyaşlı oğlu da iştirak edib. İlk öncə şagirdlər Azərbaycan himnini oxuyublar. Ardınca vətənpərvər ruhda şeirlər səsləndirilib. Şəhidimizin qəhramanlığından, döyüşdəki şücaətlərindən bəhs edilib. Həmçinin şagirdlər hazırladıqları kiçik səhnəciklərlə çıxış ediblər.