Elxan Usubov Çeşməli kənd sakinləri ilə görüşüb...

06 Noyabr 2018 17:25

Şəki şəhər icra hakimiyyəti başçısı Çeşməli kənd sakinləri ilə görüşüb. Elxan Usubov regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq quruluculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Prezident İlham Əliyevin Şəkiyə səfəri və yeni istifadəyə verilən obyektlər barədə kənd sakinlərinə ətraflı məlumat verilib. Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri elektrik dirəklərinin köhnə olması, kəndin yol problemi, yeni salınmış ərazilərə təbii qazın verilməməsi, telefon xəttinin olmaması və bu səbəbdən internetdən istifadə edə bilmədiklərini və digər problemləri icra başçısının diqqətinə çatdırıblar. Qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumlara xəbərdarlıq edən icra başçısı müraciətlərin tezliklə həll edilməsini tapşırıq.