“Bir dünya var”

06 Noyabr 2018 16:38

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Bir dünya var” adlı rəsm sərgisi açılıb. Sərgi bir həftə Heydər Əliyev Mərkəzində nümayiş etdiriləcək. Sərgidə İsmayıllı rayonundan olan 3 gənc rəssamın 125 ədəd əl işləri nümayiş etdirilir. Əl işlərinin əksəriyyətinin kətan üzərində işlənməsi rəsmlərin keyfiyyətli və orijinal alınmasında rol oynayır. Saat 10-dan - 17:00 qədər açıq olan sərgiyə giriş pulsuzdur. Elə ilk gündən sərgiyə maraq böyük olub, sakinlərlə yanaşı, rayona gələn qonaqlar da sərgiyə maraqla baxıblar. Sərginin əsas məqsədi rayondakı gənc rəssamları üzə çıxarmaq və onların istedadlarını gələcəkdə ölkədən kənarda da tanıtmaqdır.