Şamaxıda maşın sürmək arzusunda olan oğrular tutuldu...

06 Noyabr 2018 16:28

Şamaxı rayon Polis Şöbəsinə Şəhriyar qəsəbə sakini Mikayılov Elşad Əhməd oğluna məxsus 51-BE-261 dövlət nömrə nişanlı “Vaz” 2106 markalı minik avtomobilin oğurlanması ve eyni vaxta Şəhriyar qəsəbəsinə qonaq gələn Mirzəyev Şahin Əbilhəsən oğluna məxsus ”VAZ”2106 markalı avtomobilin akkumlyatorunun oğurlanması ilə bağlı məlumat daxil olub. Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şamaxı rayon Şəhriyar qəsəbə sakini əvvələr eyni əməldən məhkum olmuş 23 yaşlı Quliyev Məhəmməd Qurban oğlu və onun həmyaşıdı Eyvazzadə Şəhruz Faiq oğlu saxlanılıb. Onlar dindirilmə zamanı əməllərini etiraf ediblər. Avtomobili sürmək məqsədi ilə qaçırdıqlarını, akkumlyatoru isə sataraq yanacaq əldə etmək istədiklərini bildiriblər.Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq aparılır.