Ölkəmizin velosiped tarixində bir ilk...

05 Noyabr 2018 17:06

İsmayıllı gənclərinin yeniliyini velosiped tarixində bir ilk adlandırmaq olar. İki nəfərlik velosipeddə əyləşən hər iki şəxs velosipedi idarə edə bilir. Digər ikinəfərlik velosipedlərdən əsas fərqi isə onun həm irəli, həm də geri hərəkət hərəkət edə bilir. Bəli, sürücünün biri pedalı irəli, digəri isə geri çevirir. Ancaq sürücülər istiqaməti dəyişmək istədikdə oynadıqları rolları əvəzləşdirirlər. Velosipedin uzunluğu 2 metrdən bir qədər çoxdur. Onun bu vəziyyətə gətirilməsində 2 sükandan, 2 təkərdən, 2 çərçivədən, 2 oturacaqdan, 3 sep və 4 pedaldan istifadə edilib. Elə bu ikitəkərlinin özəlliyinin əsasında da 3 sepdən istifadə edilməsi dayanır. Həmin seplər birləşərək 1,5 metr uzunluğunda olur və ümumi şəkildə dövr edir. Sonra seplər tənzimləyici çarxlar vasitəsilə tənzimlənərək hər iki səmtə idarə etmək imkanı verir. Hər zaman irəli sürməyə vərdiş etdiyimizdən bu ilkə imza atanlar üçün həm də bir qədər əyləncəli olub. Elə kənardakıların da diqqətini çəkməyi bacarıb. İlk test yürüşündə aşkara çıxan bəzi çatışmazlıqlar da getdikcə aradan qaldırılır. 10 günə ərsəyə gələn velosipedin 2-3 günə tamamilə hazır olacağı gözlənilir.