DİM mərkəzinin fəaliyyəti Şəkidə müzakirə edildi...

05 Noyabr 2018 16:53
Şəkidə “ Dövlət Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda konfrans keçirilib. Konfransda Şəki, Bərdə və Göyçay şəhərlərində yerləşən ali və orta ixtisas təhsil müəsissələrinin rəhbərlikləri, müəllim heyəti, şəhər icra hakimiyyətinin rəhbərliyi iştirak edib. İlk öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda açılış nitqi ilə çıxış edib. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. “DİM-in hal-hazırda keçirdiyi imtahanların məqsədləri və iştirakçıları bir-birindən fərqlənsə də, onların hamısını birləşdirən ümumi cəhətlər var. İmtahanların hamısının məzmun və standartları müvafiq sahələr üzrə ekpertlərin iştirakı ilə elmi metodlar əsasında müəyyən olunur, imtahanlar keçirilərkən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir, cavablar avtomatlaşdırılmış sistemlər vasitəsilə və ya müəyyən olunmuş meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilir. Konfrans ərzində “İmtahanların təşkili və idarə olunmasında ictimai iştirakçılıq” , Dövlət İmtahan Mərkəzininin elektron xidmətləri “ və digər mövzularda çıxışlar olub. Daha sonra 2017/2018-ci tədris ili ərzində fərqlənən imtahan rəhbərləri və nəzarətçilər təltif edilib. Qeyd edək ki, konfransın əsas məqsədi 2019-cu ildə imtahanların texnologiyasında nəzərdə tutulan dəyişikliklər, imtahanların təşkili, keçirilməsi, nəticələrin emalı, dövlət qulluğuna qəbul məsələləri haqqında iştirakçılara ətraflı məlumatlar verməkdir. Növbəti konfrans Lənkəran şəhərində baş tutacaq.