Zaqatalada qəza: Üç nəfər xəsarət aldı...

05 Noyabr 2018 13:22

Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb. Hadisə Zaqatala-Muğanlı-Faldar avtomobil yolunda baş verib. Rayonun Muğanlı kənd sakini 28 yaşlı Mehman Yusifov idarə etdiyi “Niva” markalı, 62 BG 866 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolun döngə hissəsində idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzadan sonra sürücü Mehman Yusifov və avtomobildə olan sərnişinlər rayonun Muğanlı kənd sakinləri 37 yaşlı İsmayıl Yusifov və 28 yaşlı Mehman İbrahimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.