Zaqatala kitabxanalarındakı vəziyyət...

03 Noyabr 2018 17:00
Elm –texnikanın inkişaf etdiyi 21-ci ərsdə kitaba, mütaliəyə maraq nəzərə çarpacaq dərəcədə azalıb.Kimisi bunu vaxt azlığı, kimisi isə online kitabxanaların daha əlçatan olması ilə əlaqələndirir.Əməkdaşlarımız Zaqatala Mərkəzləşmiş Kitabxanalar Sistemində mövcud vəziyyəti araşdırıb.
Zaqatalada ilk kütləvi kitabxana yerli əhalinin tələbi ilə ötən əsrin əvvəllərində, 1906 –cı ildən fəaliyyətə başlayıb. Zaqatala Mərkəzləşmiş Kitabxanalar Sisteminin nəzdində 45 kitabxana fəaliyyət göstərir. Bu ilin 9 ayı ərzində Kitabxanalar sistemi ümumilikdə 18 min 200 nəfər oxucuya xidmət göstərib. İllər öncəylə müqayisədə mütaliəyə maraq nisbətən azalsa da,kitabxanaya gələn oxucuların sayında getdikcə artım müşahidə olunur. Kitab bilik mənbəyidir. Heç bir vizual və audik vasitə mütaliəni əvəz edə bilməz. Ekspertlər hesab edir ki, yeniyetmə və uşaqların mütaliəyəyə olan marağının artırılması üçün isə kitabxana işçiləri ilə yanaşı bütövlükdə cəmiyyət müəyyən işlər görməlidir. Ailədə valideynlər,təhsil müəsisəsində isə müəllimlər mütaliənin faydasını izah etməklə yanaşı, həm də özləri kitab oxumaqla onlar üçün canlı nümunə olmalıdırlar.