Şamaxıda ağır qəza: bir ailənin iki üzvü dünyasını dəyişdi

03 Noyabr 2018 12:06
Şamaxı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. “Shacman”ın “VAZ”la toqquşması nəticəsində bir ailənin iki üzvü dünyasını dəyişib.
Hadisə Çöl Göylər-Padarçöl avtomobil yolunda baş verib. Şamaxı rayon Quşçu kənd sakini, 72 yaşlı Gülbaba Zülfüqarovun idarə etdiyi 54-BC-976 dövlət nömrə nişanlı “VAZ “21-06 markalı minik avtomobili ilə 49 yaşlı Salyan rayon sakini Soltanov Habil Soltanəli oğlunun idarə etdiyi 99-JK-408 dövlət nömrə nişanlı “Shacman”markalı yük avtomobili toqquşub. Qəza zamanı “VAZ “ 2106 markalı minik avtomobilinin sürücüsü Gülbaba Zülfuqarov və onun həyat yoldaşı 71 yaşlı Tamam Zülfüqarova hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, Gülbaba Zülfüqarov və sərnişin, Tamam Zülfüqarovanın meyidini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.