Şəki regional Ədliyyə idarəsi təhsil müəssisələrində görüşlərini davam etdirir...

02 Noyabr 2018 16:45
Ədliyyə sisteminin yaranmasının 100 illik yubileyi ərəfəsində Şəki regional Ədliyyə idarəsi təhsil müəssisələrində görüşlərini davam etdirir. Növbəti belə tədbir Şəki Tibb Kollecində baş tutub. Görüşdə Şəkidə fəaliyyət göstərən bütün ədliyyə orqanlarının rəhbərləri, regional ədliyyə idarəsinin əməkdaşları, Şəki rayon məhkəməsinin sədri, həmçinin kollecin müəllim və tələbə heyəti iştirak edib. Çıxış edənlər Azərbaycan ədliyyəsinin 100 il ərzində keçdiyi yol, ədliyyə sistemində aparılan islahatlar barədə ətraflı məlumat veriblər. "Azərbaycan ədliyyəsinin tarixi" və "Müasir Azərbaycan ədliyyəsi" mövzularında məruzələr dinlənilib. Qeyd olunub ki, o vaxtkı şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görülüb. Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin təqdimatı da olub. Sonda tələbə gənclərin sualları cavablandırlıb.