Şəkinin mərkəzində meyit tapıldı...

02 Noyabr 2018 13:33

Şəkidə səhər saatlarında küçədən kişi meyiti aşkar edilib. Hadisə şəhərin mərkəzi hissəsində, Heydər Əliyev prospektində qeydə alınıb. Yolun sağ hissəsindəki arxdan çıxarılan meyit ölüm səbəbinin araşdırılması üçün “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya” birliyinin Şəki rayon şöbəsinin Meyitlərin təşrihi bölməsinə aparılıb. Ölən şəxsin Şəki şəhər sakini Hacımollayev Telman Nurəli oğlu olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.