Qəbələdə də kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş geniş tədbir keçirilib...

01 Noyabr 2018 18:18

Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra tədbirdə çıxış edənlər son illər kənd təsərrüfatı sahəsində əldə edilən uğurlardan, Qəbələdə bu sahədə görülən işlərdən danışıblar. Eyni zamanda qarşıdakı planlar, görülməsi nəzərdə tutulan məsələlər də müzakirə olunub. Sonda Kənd Təsərrüfatı sahəsində fərqlənənlər fəxri fərman və diplomlarla təltif edilib.