Şəkinin Baş Küngüt kəndinə təbii qaz verilib...

01 Noyabr 2018 18:09
Açılışa rayon administrasiyasının rəsm iləri, Azəriqaz İB-nin baş direktoru və və ictimaiyyət nümayəndələri iştirak ediblər. Son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışılıb. Həmçinin bildirilib ki, ümumilikdə 351 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 34 min 700 metr olan müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Daha sonra yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandırılıb. Ardınca qonaqlar yaxınlıqdakı evlərdən birində qazın necə yandığını müşahidə ediblər. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Hazırda isə Şəki rayonunun Çayqaraqoyunlu kəndində tikinti quraşdırma işləri aparılır. Tezliklə kəndə təbii qazın verilişi təmin ediləcək.