Qaxda futbol yarışı keçirilib...

01 Noyabr 2018 17:59

Şəhər stadionunda bələdiyyə kuboku uğrunda futbol üzrə rayon birinciliyinə yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin və Qax bələdiyyə şurasının birgə təşkilatçılığı ilə oktyabrın əvvəlində startı verilən və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan birincilikdə 12 komanda mübarizə aparıb. Birinciliyin final oyununda Qax şəhər bələdiyyəsinin və Peşə liseyinin komandaları qarşılaşıblar. Rəqiblərini 3:0 hesabı ilə məğlub edən şəhər bələdiyyəsinin komandası birinciliyin qalibi adını qazanıb. Turaclı kənd bələdiyyəsinin komandası birinciliyi üçüncü pillədə başa vurub. Birinciliyin qalibləri kubok, diplom və medallarla mükafatlandırılıblar. Rayon Gənclər və İdman İdarəsindən bildiriblər ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar rayonda futbolun kütləviliyini daha da artırmaq, gənclərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etmək, perspektivli gənc futbolçular aşkara çıxararaq rayonun futbol üzrə yığma komandasını komplektləşdirmək məqsədi daşıyır.