İsmayıllıda kənd təsərrüfatı işçiləri peşə bayramını qeyd edir...

01 Noyabr 2018 17:43

İsmayıllıda da kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. İştirakçılar öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Daha sonra keçirilən tədbirdə təsərrüfat ilinin yekunları təhlil edilib. Bildirilib ki, ötən dövr ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının ümumi həcmi 80 milyon 546 min manat olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 450 min manat çoxdur. İlk dəfə olaraq rayon üzrə rekord miqdarda - 100 min 796 ton dənli və dənli–paxlalı bitkilər istehsal olunub, hər hektardan 35 sentner məhsuldarlıq əldə edilib. Hansı ki, bu, dəmyə şəraitində taxıl yetişdirilən rayonlar arasında ən yüksək göstəricidir. Tədbirdə həmçinin 2018-ci ildə həyata keçirilən layihələr və gələcək planlardan bəhs olunub. Kənd təsərrüffatı istiqamətində rayona yüksək gəlir gətirən sahələrdən danışılıb. Tədbirin sonunda bir qrup qabaqcıl Kənd təsərrüfatı işçilərinə diplom və fəxri fərmanlar təqdim olunub. Peşə bayramı geniş konsert proqramı ilə davam edib.