İcra başçısı Oxud kənd sakinləri ilə görüşüb...

01 Noyabr 2018 17:28

Şəki şəhər icra hakimiyyəti başçısı Oxud kənd sakinləri ilə görüşüb. Elxan Usubov regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq-quruluculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Prezident İlham Əliyevin Şəkiyə səfəri və yeni açılışı olan obyektlər barədə kənd sakinlərinə ətraflı məlumat verilib. Qarşıda duran vəzifələr vurğulanıb. Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri kənd yollarının, elektrik dirəklərinin yararsız olduğuna diqqət çəkiblər. Həmçinin məktəbin istilik sistemində problemlərin olduğu qeyd edilib, həmçinin məktəb binasının isə qəzalı vəziyyəti barədə məlumat verilib. İcra başçısı problemin aradan qaldırılması üçün kənddə modul tipli məktəbin tikilməsi ilə bağlı Təhsil Şöbəsinə təklif irəli sürüb. Sakinlərin təbii qazla problemlərinə gəlincə, icra başçısı məsələnin qısa zamanda həlli üçün Azəriqaz ASC-nin rəhbərliyinə tapşırıq verib və kəndlərdə bu məsələ ilə bağlı mütəmadi olaraq monitorinqlərin keçirilməsini tapşırıb. Görüşdə kənd sakinlərini narahat edən digər məsələlər də müzakirə edilib. Aidiyyatı qurumlara xəbərdarlıq edən icra başçısı tez bir zamanda problemlərin aradan qaldırılmasını tapşırıb.