Ədliyyə işçiləri arasında şahmat turniri keçirilib...

31 Oktyabr 2018 18:39

Azərbaycan ədliyyəsinin 100 illik yubilyinin təntənəli qeyd edilməsi məqsədilə silsilə tədbirlər davam etdirilir. Həmin tədbirlər sırasında müxtəlif idman yarışlarının təşkilinə də xüsusi əhəmiyyət verilir. Bu məqsədlə Ədliyyə işçiləri arasında şahmat turniri keçirilib. Şahmat məktəbində baş tutan yarış öncəsi çıxış edənlər bu idman növü barədə iştirakçılara ətraflı məlumat veriblər. Daha sonra yarışa start verilib. İsveçrə üsulu ilə keçirilən və 7 turdan ibarət turnirdə 12 nəfər öz qüvvəsini sınayıb. 2 saat davam edən yarışın sonunda qaliblər müəyyənləşib. Şəki regional ədliyyə idarəsinin rəisi Rəhman Məmmədov və Şəki Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov turnirin qaliblərini təbrik edərək onlara diplomlar veriblər. Tədbirdə Şəki şəhər Təhsil şöbəsinin məsul əməkdaşı Anar Məmmədov və Şəki Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Hətəm Vəliyev də iştirak edib.