Tələbələr maarifləndirildi...

31 Oktyabr 2018 18:27

Şəki DYPB-si piyadaların intizamının artırılması və onların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti belə tədbir Azərbaycan Dövlət Pedaqoji universitetinin Şəki filialında baş tutub. Tədbir zamanı tələbələrə "Yol hərəkəti haqında" qanunun 40-cı maddəsi, Piyadaların vəzifələri barədə ətraflı məlumat verilib. Onlara küçə və yollarda hərəkət zamanı mobil telefonlardan, qulaqcıqlardan istifadə etməmələri tövsiyyə olunub. Tələbələr də onları maraqlandıran sualları DYP əməkdaşına ünvanlayıblar. Sonda "Piyadanın vəzifələri" yazılmış DYP guşəsi müəssisənin rəhbərliyinə təqdim edilib.