İsmayıllının Qalacıq kəndinin mavi yanacaq problemi artıq həll olunur...

31 Oktyabr 2018 18:18

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən İsmayıllı rayonunun kəndlərinə təbii qazın bərpası və yaxşılaşdırılması sahəsində işlər davam edir. Oktyabrın əvvəlindən rayonunun Qalacıq kəndinə yeni qaz xətlərinin çəkilişinə start verilib. Bu günə qədər kənddaxili küçə xətlərinin 20%-dən çox hissəsində montajlama işləri gedib. Yeni qaz xətlərinin dayaq hissələri betonlanır. Ümumilikdə kəndə 33 600 metr müxtəlif diametrli borularla qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Bundan başqa 2 tənzimləyici şkaf, 540 sayğac və fərdi tənzimləyici quraşdırılacaq. Görülən işlərin ilin sonunacan başa çatdırılması planlaşdırılır.