Şamaxı idmançılarının növbəti uğuru...

31 Oktyabr 2018 18:01

Bakıda keçirilən Döyüş növləri üzrə dünya festivalından Şamaxı rayonunu təmsil edən 7 idmançının 7-si də medalla geri dönüb. 60 kiloqram çəki dərəcəsində Grappling növü üzrə yarışan İbad Allahquluzadə 1-ci yerə yüksələrək qızıl medala layiq görülüb. 60 kq çəki dərəcəsində yarışan Mahmud Axıyem, Natiq Əliyev, Səbuhi Əliyev isə 2-ci yerə layiq görülərək gümüş medal qazanıblar. MMA və Shoot fight idman növü üzrə yarışan Abbas Yusifov, Nadir Allahverdiyev, Yadigar Kərimov 3-cü yerə çıxaraq bürünc medal qazanıblar. Hazırda idmançılar noyabrın 6-sında Gürcüstanda keçiriləcək dünya çempionatına hazırlaşırlar. Qeyd edək ki, MMA, Grappling, shoot fight idman növləri bu ildən yay Olimpiya oyunlarına daxil edilib.