Bu il Balakənin intensiv bağlarında vəziyyət...

30 Oktyabr 2018 18:16
Balakən rayonunun Katex kəndində yerləşən intensiv üsulla becərilən meyvə bağlarında iyun ayından başlanan alma yığımı artıq yekunlaşmaq üzrədir. Hazırda bağlarda dərmanlamanın daha effektiv olması üçün budama işləri aparılır. Bu cür budama həm də meyvələrin daha iri və keyfiyyətli olmasına xidmət edir.
2012-ci ildə 50 hektar ərazidə salınan intensif meyvə bağında 7 növ alma, 4 növ armud, 6 növ isə gavalı yetişdirilir. Bu il ümumilikdə bağdan 1000 tona yaxın alma-armud tədarük edilib.Artıq bağda alma yığımı yekunlaşmaq üzrədir. Hal-hazırda meyvə bağlarında budama işlərinə başlanılıb. Budama işləri əsasən xüsusi texnikalar vasitəsi ilə Quba rayonundan dəvət olunan mütəxxəsislər tərəfindən aparılır. Bağlardan toplanan meyvə alıcının istəyi nəzərə alınaraq,növ və ölçülərinə uyğun qablaşdırılır. Bu meyvələrə xarici bazarlarla yanaşı, yerli bazarlarda da təlabat yetərincədir. İntensiv bağçılıq daha az ərazidən daha tez və çox məhsul götürməyə imkan yaradır. Çünki bu üsulla əkilən bağlar bir neçə ildən tam məhsuldarlığa düşür. Balakəndə son illər bu bağçılıq sahəsi geniş inkişaf edib. Artıq bu ildən rayonda intensiv üsulla xurma bağlarının da salınması nəzərdə tutulur.