Yubiley münasibətilə bu dəfə ədliyyə işçiləri qan verdilər...

30 Oktyabr 2018 18:02

Ədliyyə sisteminin yaranmasının 100 illik yubileyi ərəfəsində Şəkidə silsilə tədbirlər davam edir. Bu dəfə Şəki Regional Ədliyyə idarəsinin və Şəki Penitensiar Xidmət Müəssisəsinin əməkdaşları Mərkəzi Qan Bankının Şəki bölməsində qanvermə aksiyası həyata keçiriblər. Aksiyanın əsas məqsədi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım göstərməkdir. Xüsusi soyuducularda saxlanan qanlar 35 gün ərzində ehtiyacı olan pasiyentlərə köçürüləcək.