İlk qar dağları ağ örpəyə bürüdü...

27 Oktyabr 2018 15:43

Şimal-qərb bölgəsinin dağları ağ örpəyə bürünüb. Bölgədə ilk qar müşahidə olunub. Oktyabrın 26-dan 27-si səhərədək hava şəraiti kəskin dəyişib, bölgənin düzənlik ərazilərində havanın hərarəti müsbət 8 dərəcəyə qədər aşağı düşüb. Şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə yağan qar nəticəsində qar ortüyü əmələ gəlib. Böyük Qafqaz dağlarının cənub ətəyinin Şəki, Qax, Zaqatala və Balakən rayonlarına düşən hissəsinə ilk qar yağıb. Gecə saatlarında yağan yağış Qax rayonunun İlisu və Sarıbaş, Şəkinin Kiş kəndlərinin dağlarında tədricən qara çevrilib. Bölgədə qar örtüyünün hündürlüyü ən çox Sarıbaşda qeydə alınıb- 10 sm təşkil edib. Hazırda kəndlərin özündə qar olmasa da, dağlarda müşahidə edilir. Bölgədəki qar mənzərələrini izləyək...