“Uşaq kitab karvanı” bu dəfə də Şəkidən keçib...

26 Oktyabr 2018 18:38

Layihə Mədəniyyət Nazirliyinin dəstəyi, Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə reallaşıb. Uşaq kitab karvanının tərkibində uşaq yazıçılarından Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı və Solmaz Amanova iştirak edib. Tədbirin keçirilməsində məqsəd, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. Hər bölgədə olduğu kimi kitab karvanı ilə gətirilən nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq ədəbiyyatı Şəki Mərkəzi Kitabxanasına hədiyyə edilib.