İsmayıllıda gənclər daha fəal olmağa çağırıldılar...

26 Oktyabr 2018 18:18

İsmayıllıda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Mədəniyyət evinin foyesində sərgi ilə tanış olublar. Tədbirdə çıxış edənlər ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşmasının Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğuna diqqət çəkiblər. Vurğulanıb ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində də gənclik mövzusu yenə də əsas prioritet istiqamətlərdən biridir. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilərək bacarıqlarının stimullaşdırılmasına hərtərəfli şərait yaradılıb. Ölkənin ictimai-siyasi həyatında gənclərin rolu yüksək qiymətləndirilib, Azərbaycan gənclərinin qazandıqları uğurlardan söhbət açılıb, gəncləri daha fəal olmağa çağırıblar. Ekspertlərin çıxışlarından sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Sonda Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiqlənib.