Meşələrə giriş məhdudlaşdırılır...

17 Oktyabr 2018 15:47

Meşələrin giriş yollarına şlaqbaumlar quraşdırılır. Məqsəd meşələrin mühafizəsi daha da gücləndirməkdir. Çünki son illər meşələrdə qanunsuz şəkildə ağacların kəsilməsi, zibil tullantıları ilə çirkləndirilməsi halları artıb. Bu cür hallara qarşı başqa mübarizə tədbirləri də görüləcək. Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılır, ağaclar əkilir. Hazırda İsmayıllı rayonunda meşələrin girişlərinə şlaqbaumların quraşdırılması işləri intensiv şəkildə aparılır. Artıq əsas hərəkət yollarında 3 ədəd şlaqbaum quraşdılırıb. Bundan əlavə, mühafizə məqsədilə meşələrin giriş-çıxışlarına kameraların da quraşdırılması nəzərdə tutulur. Görülən işlər meşələrə müdaxilələrin qarşısının alınması və ərazilərin daim nəzarətdə saxlanmasına hesablanıb.