Çaqqal ev sahibinə hücum edib...

16 Oktyabr 2018 16:44

Zaqatalada vəhşi heyvan ev sahibinə xəsarət yetirib. Hadisə rayonun Muğanlı kəndində baş verib. Gecə saatlarında kənd sakini, 1973-cü il təvəllüdlü Çingiz Tanrıqulu oğlu Əhmədovun yaşadığı evin həyətinə çaqqal girib. Ev sahibi çaqqalı həyətdən qovan zaman yırtıcı ona hücum edərək hər iki yuxarı ətrafın əl barmaqlarını dişləyərək çeynəyib. Qonşuların köməkliyi ilə yırtıcı öldürülüb. Çingiz Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. RMX-da xəstəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra nəzarət altında olmaq şərti ilə ambulator müalicəyə buraxılıb.