Böyük sərvətimizi itirmək üzrəyik...

16 Oktyabr 2018 16:28
Respublikanın şimal-qərb bölgəsində şabalıd ağacları məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Mütəxəssislər həyəcan təbili çalır. Şabalıdın yetişdiyi əsas rayonlardan olan Zaqatala, Oğuz və Qəbələ tezliklə bu sərvətini itirə bilər. Mütəxəssislər ölkənin "Qırmızı kitab" ına daxil olan şabalıd ağaclarının kütləvi surətdə quruyaraq məhv olmaq təhlükəsindən narahatdır. Bitkinin əsas məskəni hesab edilən şimal-qərb bölgəsində sakinlər bildirir ki, ildən ilə artan xəstəlik məhsuldarlığa da ciddi təsir edib. Şabalıd ağaclarında xəstəlik yaranandan, quruma sürətlənəndən sonra bu məhsulun qiymətinə də kəskin təsir edib. Qış aylarında şabalıdın 1 kiloqramı 11-15 manat olursa, yazda qiymət 20-22 manata qalxır. Ağacları kütləvi məhvə məruz qoyan xəstəliyi araşdırmaq məqsədi ilə Amerika, Rusiya və digər ölkələrdən olan mütəxəssislər də əraziyə cəlb olunub. Xəstəliyin adı müəyyən edilsədə qarşısının alınması üçün aparılan mübarizənin indiyədək nəticəsi olmayıb. Ekspertlər nəticənin əldə edilməsi üçün qlobal şəkildə mübarizənin aparılmasını vacib sayır. Hələlik isə əlavə tədbir olaraq hər il meşə zolaqlarında yeni şabalıd tingləri əkilir.