İsmayıllıda yol qəzası baş verib, yaralananlar var...

16 Oktyabr 2018 16:03

İsmayıllı-Qəbələ yolunun 27-ci km-də Topçu kəndi ərazisində 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Qəbələ rayon sakini Yusifli Zamin Səməd oğlu idarə etdiyi VAZ 21 015 markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə qarşı tərəfdən gələn Şəki şəhər sakini Əhmədov Hafiz Əhmədağa oğlunun idarə etdiyi Mercedes markalı minik avtomobili ilə toqquşub. Zərbə nəticəsində hər iki avtomobil yol kənarındakı yarğana düşüb və avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hər iki sürücü yüngül xəsarət alıb. Avtomobildə olan bir sərnişin - Qiyasov Nurlan Əmir oğlu isə xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.