Piyadanı maşın vurdu...

16 Oktyabr 2018 15:18

Zaqatalada 56 yaşlı piyadanı maşın vurub. Hadisə Zaqatala şəhəri, “Bayraq meydan”ı adlanan ərazidə qeydə alınıb. Zaqatala sakini 56 yaşlı Nizami Abdultalıb oğlu Həsənov yolu keçmək istəyən zaman “Niva” markalı minik avtomobili tərəfindən vurulub. Yaralı dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müxtəlif bədən xəsarətləri alan Nizami Həsənov müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.