Şəki FK Region liqasına məğlubiyyətlə başladı...

15 Oktyabr 2018 16:48

Region liqası çərçivəsində Şimal-Qərb və Qərb zonasında növbəti turun oyunları baş tutub. Şəkidə liqanın 1-ci turunda istirahət edən iki komanda qarşılaşıb. Şəki komandası doğma meydanda Qazaxın “Göyəzən” klubunu qəbul edib. Meydan sahibləri oyuna yaxşı başlasalar da, ilk hissədə qolları qonaqlar vurublar. İkinci hissədə, qollardan birinin əvəzini çıxan Şəki futbolçularının bundan artığına gücü çatmayıb. Qarşılaşma 2-1 hesabı ilə - “Göyəzən”in qələbəsi ilə başa çatıb. Turun digər qarşılaşmalarında Oğuz səfərdə, Ağdaşın "Şirvan" klubunu 2-1 hesabı ilə məğlub edib, Qaxın "Kürmük" komandası isə Gəncə də "Qoşar"la heç heçə edib. 2-2. II turdan sonra Şimal Qərb və Qərb zonasına 6 xalla "Göyəzən" başçılıq edir. Hərəyə 3 xal toplayan Energetik və Oğuz isə 2 və 3-cü yerləri bölüşürlər. Hələlik xalı olmayan Şəki isə sonuncu pillədə qərarlaşıb. III turun oyunları 20-21 oktyabr tarixlərində baş tutacaq.