Şəkidə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib...

15 Oktyabr 2018 16:44

Qəza Şəkinin Baltalı kəndi ərazisində qeydə alınıb. 55 BV 308 dövlət nömrə nişanlı VAZ 21 099 markalı avtomobilin sürücüsü 1964-cü il təvəllüdlü Qoxmuq kənd sakini Rövşən Sədiyevi avtomobili ilə vurub. Nəticədə Rövşən Sədiyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı 54 yaşlı Rövşən Sədiyevə qapalı kəllə-beyin travması, hər iki aşağı ətrafın baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı və bədənin çoxsaylı əziyi xəsarətləri diaqnozu qoyulub. Vəziyyəti orta-ağır olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.