Şəki Dövlət dram teatrı yeni teatr mövsümünə yeni tamaşa ilə başlayacaq...

15 Oktyabr 2018 16:34
Hazırda həmin tamaşanın məşqləri aparılır. Əsər dəniz sahilində yerləşən şəhərin balıqçılar məhəlləsində yaşanan münasibətlər, mübahisələr və münaqişələrdən bəhs edir. Yaradıcı heyyət tamaşanın bəyəniləcəyi qənaətindədir.
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı tanınmış türk dramaturqu Bayazit Gülercanın “Dəniz küləyi lodos” pyesi ilə mövsümə start verəcək. Tamaşa üzərində artıq məşqlərə başlanılıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Sahib Əhmədli, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Tamaşada əsas rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, İqrar Salamov, Akif Yusifov, aktyorlar Orxan Həmidli, Lalə Məmməd, Nərmin Abbasova, Xəyal Salahov və başqaları ifa edirlər. Əsərdəki hadisələr dəniz sahilində yerləşən şəhərin balıqçılar məhəlləsində baş verir. Ailələrin özünəməxsus dramları, məhəllə ənənələri, münaqişə və mübahisələr əsərin ümumi mənzərəsini təşkil edir. Teatrsevərlər noyabr ayından etibarən tamaşanı izləyə biləcəklər.