Şəkinin Zunud kənd sakinlərinin yol problemi...

13 Oktyabr 2018 16:47
Şəkinin Zunud kənd sakinləri şəhərdən kəndə tez çatsalar da, kəndin içərisinə daxil olduqdan sonra evlərinə çatmaları xeyli vaxt aparır. Buna səbəb isə kəndin bərbad və yoxuşlu yollardır. Zunud kəndində yol problemi uzun illərdir ki, yaşanır. Enişli-yoxuşlu, dar yollardan istifadə sakinlər üçün çətinlik yaradır. Kənd sakinləri məsələ ilə bağlı aidiyyatı qurumlara da müraciət edib. Ötən il yolun bir hissəsinə- 660 metr məsafəyə fərş döşənib. Ancaq 400 metr məsafə hələ də qalıb. Yolun ancaq baş hissəsinin fərşlənməsi avtobus sürücüləri üçün də problem yaradır. Əksər sürücülər aşağı hissədə dayanır və yuxarıya qalxmaqdan imtina edir. Məsələ ilə bağlı Zunud kənd bələdiyyəsindən isə bildirildi ki, problemin aradan qaldırılması və yolun geri qalan hissəsinin təmiri üçün podratçı şirkətlə danışıqlar aparılır. Həmçinin yolun genişlənməsi də nəzərdə tutulub. Bu zaman yolun kənarındakı qobu da doldurulacaq. İşlərə nə vaxt start veriləcəyi isə hələlik bəlli deyil.