Şəkidə Azərbaycan gənclərinin VIII Forumunun zona toplantısı keçirilib...

12 Oktyabr 2018 17:08

Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, digər dövlət rəsmiləri, ekpertlər və Şimal-Qərb bölgəsində yerləşən 6 rayonun 300-ə yaxın ən fəal gənci iştirak edib. Daha sonra "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi" şüarı altında baş tutan tədbirdə Gənclər Forumunun keçirilməsinin önəmindən söz açılıb. Vurğulanıb ki, forum gənclərinin ölkə və cəmiyyətin inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin dövlət qurumları və hökumət nümayəndələri ilə açıq ünsiyyətini yaratmaq məqsədi daşıyır. Şimal-Qərb bölgəsinin 6 rayonunu təmsil edən gənclərsə, onları maraqlandıran sualları ekspertlərə ünvanlayıblar. Qeyd edək ki, Azərbaycan Gənclərinin VIII forumu 3 ildən bir keçirilir. Forumun ilk zona toplantısı Gəncədə baş tutub.