"Bir əsrlik tarix və müasir Azərbaycan ədliyyəsi"

11 Oktyabr 2018 18:18

Azərbaycanda Ədliyyə sisteminin yaranmasının 100 illik yubileyi münasibətilə Ədliyyə nazirliyinin tədbirlər planına uyğun olaraq Respublikda silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Qax rayonunun 2 saylı məktəb liseyində keçirilib. Ədliyyə işçilərinin təşkilatçılığı ilə keçirilən açıq dərsdə şagird və müəllimlər iştirak edib. "Bir əsrlik tarix və müasir Azərbaycan ədliyyəsi" mövzusunda keçirilən açıq dərsdə Azərbaycan Ədliyyəsinin tarixi, ədliyyə sahəsində həyata keçirilən islahatlar, ayrı-ayrı ədliyyə orqanlarının fəaliyyəti barədə məlumatlar verilib. Tədbirdə həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb. Bu cür tədbirlərin Qax rayonunun bir neçə məktəbində keçirilməsi nəzərdə tutulur.