Mübariz Əhmədzadə Fındıqlı kəndində sakinləri dinləyib...

11 Oktyabr 2018 17:53

Zaqatala Rayonunun İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə isə növbəti səyyar görüş çərçivəsində rayonun ucqar yaşayış məntəqələrindən olan Fındıqlı kəndində sakinləri dinləyib. Əvvəlcə Respublikada, o cümlədən rayonda idxalyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı görülən işlərdən danışılıb. Bildirilib ki, rayonun idxalyönümlü kənd təsərrüfatı məhsulları içərisində əsas yeri fındıq,tütün,barama və qızılgül tutur. Ötən il rayon üzrə toplanan 13 min 400 tona yaxın fındıqdan ümumilikdə 124 milyon manat gəlir götürülüb. Bu il də məhsuldarlıq yüksək olduğundan, əldə olunan gəlirin ötən ildən az olmayacağı gözlənilir. Adından məlum olduğu kimi Fındıqlı kəndində də əhalinin əsas məşğulluğunu və gəlirini fındıqçılıq təsərrüfatı təşkil edir. Fındıqlı kəndində son illər yol infrastrukturunun yaxşılaşdırılması, uşaq baxçasının təmiri kimi bir sıra layihələr həyata keçirilib. Bununla belə, kənddə qaz xəttininin çəkilişi, elektrik dirəklərinin dəyişdirilməsi, məktəb binasının təmiri kimi öz həllini gözləyən probləmlər də az deyil. Sakinlərin müraciətlərini dinləyən rayon rəhbərliyi həlli istiqamətində lazımi tədbirlərin həyata keçiriləcəyini bildirib.