İsmayıllı gənc eyni anda iki nəfərin idarə edə bildiyi velosiped hazırladı...

11 Oktyabr 2018 17:50
İsmayıllıda gənclərin velosped sürməyə marağı artıb. Bu bir yana, hətta bəziləri fərqli velosiped hazırlayaraq yenilik edir. Elə İsmayıllılı daha bir gəncin velosipedə olan həvəsi sonda onun ikinəfərlik velosiped hazırlamasına gətirib çıxarıb.
İsmayıllı rayon Aşağıbaş qəsəbəsində yaşayan rayon sakini Bəhlul Əzimov yeni bir velosiped hazırlayıb. Bu velosipedin digərlərindən fərqi ondadır ki, velosipedi eyni anda 2 nəfər idarə edə bilir. Velosipedin bu vəziyyətə gətirilməsində 2 sükandan, 2 təkərdən, 2 çərçivədən,2 oturacaqdan, 2 sep və 4 pedaldan istifadə edib. Uzunluğu 2 metdən çox olan bu velosipedi Bəhlul 2 aya ərsəyə gətirib. Bəhlul bu velosipedlə rayonun istənilən yerinə çox rahat şəkildə gedib-gələ bilir. Gələcəkdə isə o velosipedə sürət qutusu qoyacağını da deyir. Bəhlula bu işdə dəstək olan müəllimi Əli İmamverdiyevin dediyinə görə, İsmayıllı rayonunda son vaxtlar gənclərin bu sahəyə marağı artıb. Bu da ondan xəbər verir ki, qarşıdakı illərdə daha fərqli velosipedlər görəcəyik. Bəhlul gələcəkdə daha fərqli, 4 nəfərlik velosiped hazırlamağı dplanlaşdırır. Artıq həmin velosipedin çertyojunu da hazırlayıb. O, gələcəkdə ali təhsil alaraq bu sahədə daha peşəkar olmağı da qarşısına məqsəd qoyub.