Elxan Usubov Böyük Dəhnə sakinləri ilə görüşdü...

11 Oktyabr 2018 17:30

Şəki şəhər icra hakimiyyəti başçısı Elxan Usubov növbəti görüşünü Böyük Dəhnə kənd sakinləri ilə keçirib. Görüşdə Prezident Administrasiyasının nümayəndəsi də iştirak edib. Elxan Usubov regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq-quruluculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Daha sonra sakinləri narahat edən məsələlər müzakirə edilib. Kənd sakinləri içməli su, baramaçılıqla bağlı yaşadıqları çətinlikləri dilə gətiriblər. Kənddə yerləşən 1 saylı orta məktəbin və uşaq bağçasının təmirə ehtiyacı olduğu vurğulanıb. İcra başçısı problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlara tapşırıqlarını verib.