Eyni yolda və eyni vaxtda iki ayrı qəza...

10 Oktyabr 2018 12:26

Şamaxı rayonunda eyni yolda və eyni vaxtda iki yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 128-ci kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini Əzizov Mətin Ağaveyis oğlu idarə etdiyi 90-TG-002 Dövlət nömrə nişanlı “NİVA” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib və yolda olan beton piltəyə çırpılıb. Hadisə nəticəsində sürücünün qardaşı, yaşlı 36 Anar Əzizov xəsarət alıb. Və Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Eyni vaxta yolun əkis istiqamətində də yol qəzası baş verib. Belə ki, ”OPEL “markalı minik avtomobili ilə ”MERSƏDES” markalı minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib. Hər iki faktla bağlı araşdırma aparılır.