Şəkidə avtomobil dərəyə yuvarlandı...

10 Oktyabr 2018 11:55

Şəkidə axşam saat 19:30 radələrində yol qəzası baş verib. Hadisə Baş Göynük kəndinin girişində meydana gəlib. Baş Göynük kənd sakini Qafur Kərimovun idarə etdiyi vaz 21 -06 markalı 55-BE-758 dövlət nömrə nişanlı avtomobili Baş Göynük istiqamətində hərəkət edərkən idarəetməni itirib və yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə çevrilib və yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücüyə xoşbəxtlikdən heç nə olmasa da, avtomobildə olan sərnişin 1980-cı il təvəllüdlü Aygün Əsgərova xəsarət alıb. Onu dərhal Şəki RMX-ya çatdırıblar. İlkin müayinələr zamanı Aygün Əhmədovaya boyunun qapalı travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.