Şamaxıda piyadanı maşın vurdu...

09 Oktyabr 2018 18:28

Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Acıdərə adlanan hissəsində qeydə alınıb. Şəki şəhər sakininin idarə etdiyi 10 SN 875 dövlət nömrə nişanlı “MERSEDES” markalı minik avtomobili yol kənarında işləyən Göyçay rayon sakini, 30 yaşlı Əhmədov Azad Güləhməd oğlunu vurub. Hadisə nəticəsində ağır bədən xəsarəti alan yaralı hadisəni törədən sürücü tərəfindən Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıb.